Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçilib

Dekabrın 4-də Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Strasburqda keçirilən növbəti Plenar iclasında qurumun prezidentinin, vitse-prezidentinin və Bürosunun iki üzvünün seçkisi keçirilib.

Dekabrın 4-də Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Strasburqda keçirilən növbəti Plenar iclasında qurumun prezidentinin, vitse-prezidentinin və Bürosunun iki üzvünün seçkisi keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar2a verillən məlumata görə, məhkəmə islahatları sahəsində mütərəqqi nailiyyətlərimiz, habelə ölkəmizin Komissiyanın işində fəal iştirakı, səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, seçkilər nəticəsində Azərbaycanın nümayəndəsi Ramin Qurbanov CEPEJ-in prezidenti seçilib. Azərbaycan Respublikasının 50-dən çox dövlətin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə köməklik edən və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in prezidenti kimi yüksək səviyyədə təmsil olunması dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir əyani təzahürüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31