Səməd Seyidov kəşfiyyat-təhlükəsizlik üzrə foruma qatılacaq
5 Dekabr 2018 14:55 SiyasətDekabrın 6-da Vaşinqtonda Kəşfiyyat-Təhlükəsizlik üzrə 12-ci Parlament Forumu keçiriləcək. Tədbirdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək. MM-dən "Olaylar"a daxil olan məlumata görə, Forumda Hökumətlərin və özəl sektorun terrorçuluğun maliyyələşdirilməsi əleyhinə fəaliyyəti, kibertəhlükəsizlik, şəxsi həyat və məlumatların paylaşılması, xarici sərmayə riskləri və digər mövzularda fikir mübadiləsi aparılacaq. S. Seyidov müzakirə olunacaq mövzularda çıxış edəcək, məsələlərə münasibətini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31