Rusiya Ermənistanın könlünü almağa çalışır

Deyəsən Rusiya heç bir halda Ermənistanı əldən vermək istəmir. Baxmayaraq ki, Ermənistanda aprel inqilabından sonra formalaşmış yeni hökumət birmənalı olaraq antiRusiya xətti tutaraq Qərbə meyillənir, ancaq Moskva da müxtəlif gedişlərlə İrəvanı özündən uzaq tutumamağa çalışır.

Deyəsən Rusiya heç bir halda Ermənistanı əldən vermək istəmir. Baxmayaraq ki, Ermənistanda aprel inqilabından sonra formalaşmış yeni hökumət birmənalı olaraq antiRusiya xətti tutaraq Qərbə meyillənir, ancaq Moskva da müxtəlif gedişlərlə İrəvanı özündən uzaq tutumamağa çalışır. Hər halda son vaxtlar Rusiya ilə Ermənistan arasında cərəyan edən proseslər belə deməyə əsas verir. Öncəliklə Moskva İrəvanı antiRusiya xətti tutuduğu üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında cəzalandırmağı düşünsə də, lakin görünən odur ki, indi Kreml tamam başqa xətt yürüdür və İrəvanın könlünü almaq barədə düşünür. Əks təqdirdə şimal qonşumuz Azərbaycanın hərbi dəniz qüvvələri üçün satmağı nəzərdə tutduğu raket komplekslərini Bakıya verməkdən imtina etməzdi. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da belə düşünür. O, bildirib ki,  Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan "Bal-E" raket kompleksini satmaqdan itmina edib. Onun sözlərinə görə, bu raket kompleksi müasirdir, 2008-ci ildə yaradılıb: "2014-cü ildə modifikasiya olunub və xarici ölkələrə satış üçün beynəlxalq hərbi sərgilərə çıxarılıb. Görünür, elə həmin sərgilərin birində Azərbaycan Müdafiə Nazirliyinin diqqətini cəlb edib. Rusiya mənbələrinin iddiasına görə tərəflər arasında danışıqlar başlayıb və müqavilə imzalanmağa yaxın olub. Ancaq son anda Rusiya Müdafiə Nazirliyinin təlimatı əsasında satışdan imtina edilib. Səbəb də bu göstərilib ki, "Bal-E" raket kompleksi Rusiyanın Xəzərdəki hərbi donanmasına təhlükə yarada bilər. Yəni demək istəyiblər ki, öz əlimizdə qonuşumuza silah verib niyə özümüzə təhlükə yaradaq ki? Halbuki, raketi satmaq istədiyi qonşusuyla münasibətləri yaxşıdır, münasibətlərdə heç bir problem yoxdur. Bu səbəb gözə kül üfürmək üçündür. Çünki, əgər raket kompleksini başqalarına satmaq fikrin yoxdursa, onu niyə sərgiyə çıxarırsan? Sərgi elə malını satmaq üçün nəzərdə tutulmuş məkandır. Demək, səbəb başqadır".

Politoloq deyib ki, Azərbaycana adı çəkilən raket kompleksinin satılmamasının əsl səbəbini Rusiyanın "Kommersant" qəzetinə Rusiya Müdafiə Nazirliyinin anonim mənbə çatdırıb: "Həmin raketlərdən yalnız hərbi donanmalarda deyil, quru qoşun hissələrində də istifadə etmək mümkündür. Biz isə istəmirik ki, Azərbaycan bizim müasir raketlərimizdən Dağlıq Qarabağda Ermənistanın qüvvələrinə qarşı istifadə etsin". Bax əsl səbəb elə budur".

Elxan Şahinoğlu hesab edir ki, hazırda Rusiya yenidən Ermənistanın KTMT-dəki mövqelərinin bərpasına maraqlıdır. Onun sözlərinə görə, Putinlə Paşinyan arasında gedən telefon söhbəti bundan xəbər verir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə baş katibin Ermənistandan olmasına etiraz etmişdi. Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan İrəvana başı aşağı qayıtmışdı. Çünki, KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Bircə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla qovğasına qarışmır, "müdrikcəsinə" susurdu. Bakıda bəzi siyasi mərkəzlər "Putin Paşinyanı sıxışdırır", "Paşinyan Putinin nəzarətindən çıxıb" və ya "Rusiya Paşinyanı cəzalandıracaq" kimi Azərbaycan cəmiyyətini "rahatladacaq açıqlamalar verirdi. Putin əksinə Paşinyanı rahatladı". Politoloq deyib ki, Nikol Paşinyan Vladimir Putinlə telefonla danışıb və xahiş edib ki, baş katibin məsələsi təxirə salınsın: "Bu Paşinyana ona görə lazımdır ki, rahat parlament seçkisini keçirsin. Çünki, baş katib məsələsi Ermənistanda parlament seçkilərinə qədər həll olunsa Paşinyanın mövqelərinə zərbə olacaq və müxalifət baş katibin dəyişməsini Paşiyanın əleyhinə istifadə edəcəkdi. Putin Paşinyanla razılaşıb və baş katib məsələsi təxirə salınıb. Başqa sözlə Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaradıb. Siz də deyirdiniz ki, "Putinin Paşinyandan zəhləsi gedir və onun dərsini verəcək". Gördük, necə dərsini verir. Putin qazax və belaruslu həmkarlarına arxa çevirərək Paşiyana dəstək oldu. KTMT-də baş katib məsələsi qaldı 2019-cu ilə. Paşinyan istəyinə nail oldu".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31