Paşinyanla “Qarabağ klanı" arasında gərgin mübarizə gedir
Politoloq: "Mənim Addımım” blokunun qələbəsi, Sərkisyanın partiyasının biabırçı məğlubiyyəti ilə nəticələnəcək"
5 Dekabr 2018 13:37 SiyasətPolitoloq: "Mənim Addımım" blokunun qələbəsi, Sərkisyanın partiyasının biabırçı məğlubiyyəti ilə nəticələnəcək"
Hazırda Ermənistanda növbədənkənar parlament seçkilərindən əvvəl içtimai-siyasi vəziyyət olduqca gərgindir. "Mənim adımım" bloku üçün çox da əlverişli olmayan bir siyasi mühit də dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır. Cari ilin aprel-may aylarında reallaşdırılan "məxməri inqilab"nı qələbə ilə başa vuran Nikol Paşinyan baş nazir kreslosuna əyləşməsinə nail oldu. Lakin Ermənistan Respublikası Partiyası bununla barışmayaraq Paşinyana qarşı bir sıra anti-təbliğat xarakterli məlumatlar yaymağa başladı.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryanın arasında keçən telefon danışıqlarına dair səs yazılarının yayılması Paşinyan əleyhinə yönəlmiş addım olaraq qiymətləndirilirdi.
"Ölkə daxilində Paşinyan ilə Robert Köçəryan arasında gərginliyin yaşanması daxili içtimai-siyasi vəziyyətin yeni bir mərhələyə qədəm qoyduğunu ifadə edə bilərik. Belə ki, yaşanan gərginlik nəticəsində Köçəryan qısa müddətliyinə də olsa həbs olundu . Bütün bunlara baxmayaraq Köçəryan azadlığa buraxıldı və daha sonra da Paşinyana qarşı sərt bəyanatlar səsələndirməyə başladı. Lakin ictimaiyyət tərəfindən gözlədiyi reaksiyanı əldə edə bilmədi. Hər nə qədər yenidən siyasətə qayıdacağına dair fikirlər səsləndirsə də İrəvanda mövcud olan içtimai-siyasi vəziyyət onun əleyhinə formalaşmışdı. Bir sözlə, artıq Köçəryan mübarizə başlamadan məğlub olduğu açıq-aydın məlum idi. Köçəryan Rusiya telekanallarına müsahibələr verərək və internetdə "poker kralı" olaraq tanınan Den Bleyzeri ölkəsinə gətirməklə qalmayıb, işğal altında olan Azərbaycan torpağı Qarabağa səfərini təşkil etməklə ölkə daxilində nüfüzunu bərpa etməyə və Paşinyanın mövqeyinin zəiflətməyə çalışsa da istədiyinə nail ola bilmədi. Həmçinin erməni mediasında öz piyarını həyata keçirən Köçəryan (məsələn Köçəryanın ad günündə Putinin ona zəng edib təbrik etməsi kimi xəbərlərin yayılması) gün keçdikcə siyasi arenada Paşinyanla mübarizə aparmağın mənasız olduğunu başa düşürdü. Çünki Paşinyan xalqın dəstəyini arxasına alaraq ölkənin daxili siyasətini öz istədiyi şəkildə formalaşdırmağa nail olmuşdu. Artıq erməni ictimaiyyəti Köçəryan və Serj Sərkisyan kimi diktator və cəllad qismində çıxış edən şəxsləri bir daha ölkələrində rəhbər olaraq görmək istəmirdilər." Bu fikirləri Olaylar.az-a politoloq Ehtiram Aşırlı deyib.
O bildirib ki, məhz bu səbəbdən Paşinyan xalqın gözündə xilaskar rolunda çıxış edirdi: "Təbii ki, bütün bu proseslər baş verərkən Paşinyan xalqın dəstəyinə arxalanaraq köhnə hərbi xunta rejimin nümayəndələrini həbs etmək üçün onlar haqqında korrupsiya və rüvətxorluğun araşdırılması barədə cinayət işi açılmasına qərar verdi. Belə bir qərarın verilməsi ilk öncə Paşinyan tərəfindən auditoriaya hesablanmış bir addım olaraq qiymətləndirilməlidir. Paşinyan xalqın onu dəstəklədiyini gördükcə onların üzərinə oynamağa qərar verdi. Artıq onun verdiyi qərarlar xalq tərəfindən sorğulanmır, əksinə hər gün daha çox dəstək almağa başlayırdı.
Belə olan təqdirdə Paşinyan köhnə hökumət nümayəndələrini xalqın adı ilə təhdid edirdi, rüşvət yolu ilə əldə etdikləri pulları gətirib dövlətə təhvil vermələrini bildirirdi. Paşinyan bu yolla dövlət büdcəsinin formalaşmasına və oliqarxların mövqeyinin zəifləməsinə nail olmaq niyyətindədir."
Bütün bu proseslər baş verərkən 23 sentyabrda keçirilən İrəvan Ağsaqallar Şurası seçkilərində Paşinyanın bloku böyük üstünlüklə 81% səslə qalib gəldi. Bu, inqilabdan sonra keçirilən ilk seçki idi və şübhə yoxdur ki, ölkə üzrə seçicilərin üçdə birindən çoxunun cəmləşdiyi İrəvandakı nəticələr bütün Ermənistandakı əhval-ruhiyyəni əks etdirirdi. Qazanılan parlaq qələbə Paşinyan üçün növbəti hədəflərini həyata keçirmək üçün əlverişli şərait yaradırdı. Bütün bunlar ondan xəbər verirdi ki, Paşinyan mümkün qədər tez bir zamanda erkən parlament seçkilərinin keçirilməsinə nail olmaq və keçmiş iqtidar mənsublarına qarşı cinayət işləri davam etdirmək olacaqdı. Paşinyan Qarabağ klanını sıradan çıxarmağa, ümumən Ermənistan siyasətini yenidən dizayn etməyə çalışacaqdı. Belə olan təqdirdə oktyabrın 2-də parlamentin növbədənkənar iclası keçirildi və 3 fraksiya - Sərkisyanın Respublika Partiyası, Qagik Tsarukyanın bloku və daşnaklar reqlament haqqında qanuna parlamentin buraxılmasını çətinləşdirən müddəa daxil etdilər. İrəvan bələdiyyəsinə son seçkilər göstərdi ki, tez bir müddətdə keçiriləcək parlament seçkiləri respublikaçıların və onun arxasındakı Qarabağ klanının siyasi səhnədən tamamilə silinməsi nəticələnəcək. Tsarukyan isə görür ki, bu proseslərin gedişində biznesini və siyasi təsirini itirməsi realdır. Bu səbəblə, adı çəkilən üç siyasi qüvvə bir araya gələrək prosesi dayandırmaq üçün hərəkətə keçdilər. Lakin Paşinyanın əlindəki yeganə resurs olan xalqdan məharətlə istifadə edərək onları parlamentin qarşısında toplaşmağa çağırdı. Çox keçmədən Paşinyan xalqın təyiziqi ilə də hər 3 fraksiyanın nümayəndələləri ilə danışıqlar apararaq razılığa gəldi. Bunu görən Tsarukyan Paşinyanla danışıqlara gedərək memarondum imzalamağa nail oldu.
Politoloq qeyd edib ki, Tsarukyanı buna vadar edən bir neçə səbəblər vardı: "Tsarukyanı İrəvanda (nə də olmasa artıq İrəvanın meri Paşinyanın adamı idi ) öz biznesini rahat şəkildə həyata keçirmək və Çiçəklənən Ermənistan Partiyasının parlamentdə təmsil olunması kimi istəklər belə addım atmağa vadar edirdi. Həmçinin artıq Tsarukyan özü də gözəl başa düşürdü ki, xalqın dəstəklədiyi Paşinyana qarşı mübarizə aparmaq əhəmiyyətsizdir.
Digər tərəfədən, nə də olmasa özü də bir zamanlar Sərkisyan rejiminə qarşı çxmış bir müxalif olaraq təmsil olunurdu. Bu baxımdan Paşinyanla yola davam etmək onun üçün də daha əlverişli görsənir. Paşinyan daxili siyasətdə ona rəqib və maneə ola biləcək parlamentdəki siyasi partiyaları zərərsizləşdirdikdən sonra əsas rəqib olan biləcək qüvvə "Qarabağ klanı" qalırdı. Hazırda Paşinyan ilə "Qarabağ klanı" gərgin mübarizənin getdiyini ifadə edə bilərik. Bu proseslər isə təbii ki, seçkilərdən sonra daha aydın şəkildə özünü biruzə verəcək."
Bütün bu proseslərin fonunda Ermənistan növbədəkənar parlament seçkilərinə hazırlaşır. Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiya və bloklar 14 noyabrda Mərkəzi Seçki Komissiyasına proporsional seçkilərdə iştirak edəcək nazmizədlərinin qeydə alınması üçün müraciət ediblər. Ümumilikdə seçkidə "Mənim Addımım" və Biz blokları, "Çiçəklənən Ermənistan", Respublikaçılar, Daşnaksütyun, İşıqlı Ermənistan, Ermənistanın Xristian Demokratik İnkişafı, Vətəndaşın Seçimi Sosial Demokratik, Orinats Yerkir, Milli İnkişaf və Sasna Tsrer partiyaları iştirak edir. Onu qeyd edim ki, Ermənistanın Xristian Demokratik İnkişafı və Sasna Tsrer partiyaları yeni yaradılıb.
Nikol Paşinyan seçkiyə hazırkı Çıxış Blokunda olan müttəfiqləri ilə birgə getmir. Bu blok artıq tam parçalanıb. Blokun tərkibində olan Vətəndaş Müqaviləsi Partiyasının iştirakıyla Mənim Addımım Blokunu yaradıb. Hesab edirəm Nikol Paşinyanın bloku bu seçkilərdə digər bütün siyasi partiya və bloklardan olduqca güclüdür. Görünür, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində nəticələrin indidən bəllidir. Əsas məsələ parlamentə daxil olacaq digər siyasi partiya və blokların kim olacağıdır. Aram Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyası isə əvvəlcə İşıqlı Ermənistan Partiyası ilə birlik yaratmağa çalışsa da, uğur qazanmayıb. Nəticədə partiya Azad Demokratlar Partiyası ilə birgə Biz Blokunu təsis edib. Əvvəla onu qeyd edim ki, Aram Sərkisyanın, Edmon Marukyanın və Nikol Paşinyanın rəhbərlik etdiyi partiyalar biləşərək Çıxış Bloku yaradaq ilk parlament seçkilərində 7.74% səslə parlamentdə təmsil olunma şanları əldə etmişdilər. Lakin sonradan Paşinyanın öz blokunu yaratması Çıxış Blokunun parçalanmasına gətirib çxardı. Bu seçkilərdə Biz blokunu tərkibini formalaşdıran partiyaların səs faizləri olduqca aşağıdır. Məsələn Azad Demokratlar Partiyası ilk seçkilərdə 0.56% səs toplaya bilmişdi. Bu baxımdan Aram Sərkisyanında partiyasının səs faizlərinin yüksək olmadığını nəzərə alarsaq Biz blokunun bu parlamentdə təmsil olunma şansları olduqca aşağıdır, demək olar ki heç yoxdur. Özünün daha iddialı siyasətçi kimi təqdim etməyə çalışan Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan isə seçkiyə təkbaşına qoşulub. Edmon Marukyan əsasən Rusiyaya qarşı bəyanatları ilə seçilir. Hazırda aktiv seçki kompaniyası reallaşdırdığını ifadə edə bilərik. Həmçinin Çıxış blokunun aparıcı rəhbəri olduğunu da nəzərə alarsaq son seçkilərin nəticələrinə yaxın bir səs faizin toplaması ehtimalının olduqca aşağıdır. Budəfəki seçkiyə qatılan Orinats Yerkir "məxməri inqilab" zamanı Paşinyana ilk dəstək verən partiyalardan biri olduğuna görə seçkidə nüfuz qazanacağına ümid edir. Sonradan isə partiyanın rəhbəri Zaruhi Postcyan Paşinyan əleyhinə bəyanatlar səsləndirməyə başlayıb.
E.Aşırlı vurğulayıb ki, Orinats Yerkir partiyasının parlamentdə təmsil oluması şansları olduqca aşağı görsənir. Daşnaksütyun Partiyası isə ənənəvi qatı milliyyətçi siyasi görüşləri ilə tanınırlar: "Son parlament seçkilərində Daşnaksütyun Partiyası 6.57% səs toplayıb. Ehtimal ki, bu seçkilərdə parlamentdə təmsil olunma şanslarını qoruyub saxlayır. Ehtimal olunur ki, bu seçkilərdə də ilk göstərilən səs faizlərinə yaxın səs toplaya bilər. Çiçəklənən Ermənistan Partiyasının lideri iş adamı Qaqik Çarukyandır. Partiya 2004-cü ildə qurulub, siyasi və maliyyə potensialını əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilib. Xüsusilə, Tsrukyan seçki kompaniyasında aktivlik göstərir və əsasən də toxunduğu məsələ turizm sektorunun inkişafıdır. Lakin son İrəvan meri seçkilərin biyabirçı vəziyyətdə məğlub olmaları onların siyasi arenadakı nüfuzuna xələl gətirmişdir. Seçkilərdə parlamentdə təmsil olunma şansları azda olsa movcudluğunu qoruyub saxlayır. Sasna Tsrer qrupunun partiya olaraq parlamentdə təmsil olunma şanslarını yüksək dəyərləndirirəm. Buna səbəb radikal erməni millətçiliyi mövqeyindən çıxış etmələri və Rusiya əleyhinə fikirlərin səsləndirilməsi ilə əlaqələndirrirəm. Nəticə etibarı ilə bu seçkilərdə "Mənim Addımım" blokunun 70%-in üzərində səs faizlərinin toplaması gözləniləndir. Parlamentə daxil olacaq digər siyasi partiyalar arasında əsas rəqabət Çiçəklənən Ermənistan Partiyası, Sasna Tsrer, Daşnaksütyun Partiyası və az da olsa İşıqlı Ermənistan Partiyasının sanşlarının ola biləcəyini dəyərləndirirəm. Qaldı ki, köhnə iqtidarda təmsil olunan Ermənistan Respublikası Partiyasının bu seçkilərdə parlamentdə təmsil olunmayacağını düşünürəm. Xüsusilə, bundan sonra Ermənistan Respublikası Partiyasında ya parçalanma yaşanacaq yada ki, yenidən bərpa oluma prosesləri başlayacaq. Bir sözlə, bu seçkilər "Mənim Addımım" blokunun qələbəsi, Sərkisyanın partiyasının biyabırçı məğlubiyyəti ilə nəticələnəcək".
Nigar Orucova