Prezident İlham Əliyev Tailand kralını təbrik edib
4 Dekabr 2018 19:00 SiyasətPrezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim sülh və rifah arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31