“Fransada böyük etiraz aksiyaları yaşanır"

"Fransada dizel yanacağının qiymətinin qalxması ilə başlayan və iki həftədir davam edən böyük etiraz aksiyaları yaşanır. Etirazlar zamanı yüzlərlə insan yaralanıb, çoxlu sayda etirazçı həbs edilib və bir nümayişçi həyatını itirib. İnsan hüquqları və azadlıqlar mövzusunda tez-tez ictimaiyyətə çağırışlar edən Qərb bu hadisələr qarşısında səssiz qalmaqda davam edir. Paris və Vaşinqton arasında yaşanan "Avropa Ordusu" müzakirəsinin üzərindən çox keçmədən Fransada belə bir nümayişin baş verməsi, hadisələrin arxasında başqa səbəblərin ola biləcəyi ehtimalını gündəmə gətirir". Bunu  politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, seçim yarışında kritik adların olmasına baxmayaraq Makronun qələbə qazanmasını təmin edən gücün Rotşild ailəsi olduğunu və yenə eyni gücün Fransa prezidentinə "Avropa Ordusu" sözünü dedirtdiyini qeyd etmək yerinə düşər: "Pentaqon və CIA dövrəyə girib və Makrona dərs verirlər. Ölkə içindəki rəabəti qızışdıraraq "Burax Avropa Ordusunu və Napolyon kimi davranmağı, əvvəl daxili işlərinə bax", mesajı verirlər. Bu hadisənin yalnız Fransa oxunda reallaşmadığını, əksinə qlobal səviyyədə meydana gələn bir çox hadisənin, pula hakim olan qloballaşma tərəfdarları, yəni Rotşild ailəsi ilə Pentaqon və CİA-nin arasında gedən rəqabəti əks etdirdiyini ifadə edə bilərik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31