11 aprel seçkiləri şəffaf, demokratik, azad şəkildə baş tutacaq

Artıq prezident seçkilərinə iki həftədən də az bir müddət qalıb. Seçki hazırlıqlarının böyük bir mərhələsi yekunlaşıb və hazırda namizədlər seçkiqabağı təbliğat-təşviqat prosesini həyata keçirirlər. Prezident seçkiləri ərəfəsində ölkədə azad və demokratik seçki keçirilməsi üçün kifayət qədər şərait yaradılsa da, lakin müəyyən siyasi dairələr ölkədə normal seçki mühitinin olmamasını iddia edərək bu mühüm siyasi mübarizədən kənarda dayanıblar.

Cahangir Hüseynov: "Ölkədə seçkiqabağı mühit normaldır"

Artıq prezident seçkilərinə iki həftədən də az bir müddət qalıb. Seçki hazırlıqlarının böyük bir mərhələsi yekunlaşıb və hazırda namizədlər seçkiqabağı təbliğat-təşviqat prosesini həyata keçirirlər. Prezident seçkiləri ərəfəsində ölkədə azad və demokratik seçki keçirilməsi üçün kifayət qədər şərait yaradılsa da, lakin müəyyən siyasi dairələr ölkədə normal seçki mühitinin olmamasını iddia edərək bu mühüm siyasi mübarizədən kənarda dayanıblar. Həmçinin seçki ərəfəsində mənfi bir tendensiya müşahidə edilir ki, bəzi şəxslər və qruplar siyasi mübarizə meydanını söyüş, təhqir meydanına çeviriblər. Xüsusilə, müxtəlif adlar altında Avropada özlərinə sığınacaq alan bəzi "ictimai siyasi fəallar" qeyri-etik fəaliyyət növünə üstünlük verərək ayrı-ayrı şəxsləri, rəsmiləri, hətta vətəndaşları belə təhqir edirlər. Bu isə Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıq yaradır.

Seçkiqabağı ölkədəki ictimai-siyasi vəziyyətə aydınlıq gətirmək, seçkiöncəsi durumu dəyərləndirmək üçün sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynovla görüşümüz xalqımızın ən əziz bayramlarından olan Novruz bayramına təsadüf etdiyi üçün sabiq millət vəkili bu bayramla bağlı xatirələrini də bölüşdü.

-İlk növbədə bütün oxucuları keçmiş Novruz bayramı, Şərqaləmində qeyd edilən Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Məlumdur ki, Novruz bayramının tarixi əsrlər öncəyə gedib çatır və bu gün bütün dünyada Novruz bayramı YUNESKO tərəfindən qeyd edilir və dünya əhalisinin 300 milyondan çoxu bunu bayram kimi qəbul edir. Azərbaycanda da qədim zamanlardan bu bayram qeyd edilib və bu gün də rəsmi surətdə, təntənəli şəkildə qeyd olunur. Yaxşı xatirimdədir ki, ilk dəfə respublikada bu bayram 1967-ci ildə qeyd ediləndə çox sevinirdik. O zaman bizim uşaqlıq, gənclik illərimiz idi. Çünki o vaxta qədər bu bayram evlərdə çox gizli şəkildə qeyd edilirdi. Analarımız, nənələrimiz müəyyən bayram tədarükləri görərdilər. Ancaq bu bayram barədə nə mətbuat, nə də televiziya səviyyəsində qeyd edilmirdi. Çünki yasaq olunmuşdu. O zaman Azərbaycan SSRİ Komnist Partiyasınin ideologiya katibi olan Şixəli Qurbanov tərəfindən 1967-ci ildə bu bayram ölkəmizdə təntənəli şəkildə qeyd olundu. LakinsonradanSovetittifaqı KommunistPartiyasınıntəsiriiləbubayramyenidənqadağanolundu. AncaqAzərbaycantarixində ikincidəfəmüstəqilliyini əldə etdikdənsonrahəm ümummilliliderHeydər Əliyev,  həmdəCənabPrezident İlham Əliyevtərəfindənbubayrama çoxböyük önəmverildi.Bayramgünlərində müalicə aldığımNaftalanşəhərində də bubayramtəntənəli şəkildəqeydolundu. Qeyd edim ki, uzun illərdir Naftalan şəhərinə gəlib burada müalicə alıram. Əsrarəngiz təbiəti olan Azərbaycanda bu gün elə bir otellər, müalicə-sağlamlıq mərkəzləri açılıb ki, bəlkə də dünyanın ən böyük ölkələrində bu şərait yoxdur. Yüzlərlə insan həm Naftalana, həm də digər müalicə-sağlamlıq mərkəzlərinə gəlir, burada müalicə olunurlar. Xüsusilə qeyd etmək lazımdır ki, təkcə Azərbaycan vətəndaşları deyil, eləcə də Türkiyə, Orta Asiya respublikaları, həmçinin dünyanın bir çox ölkələrindən olan xarici vətəndaşlar müalicə almaq üçün bu kimi mərkəzlərə üz tuturlar. Qeyd etdiyim kimi Azərbaycanın təbiəti unikaldır. Onun zəngin yeraltı və yerüstü sərvətləri var.  Naftalanda mövcud olan şəfalı mayenin də bu günə qədər dünyanın heç bir yerində bənzəri tapılmayıb.

-Cahangir müəllim, bildiyimiz kimi qarşıdan prezident seçkiləri gəlir. Ümumilikdə seçki öncəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirərdiniz?

-Təbii ki, ölkədə seçkiqabağı mühit normaldır. Sabitlik, əmin-amanlıq hökm sürür. Bu günlərdə "Xalq" qəzetinə verdiyim müsahibədə də bütün bunları qeyd etdim. Məlumat üçün qeyd edim ki, uzun illər polis rəisi kimi fəaliyyət göstərmişəm və 80-ci illərin sonlarında ölkədə olduqca ağır əməliyyat şəraiti vardı. Getdikcə ağırlaşan vəziyyət, sonradan meydana gələn Dağlıq Qarabağ problemi və digər bu kimi hadisələr fonunda Azərbaycanda olduqca kəskin əməliyyat şəraiti yaranmışdı. Bütün bunları xatırlamaqda məqsədim ondan ibarətdir ki, bu günkü sabitliyə heç də asan yolla nail olmamışıq. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə ölkədə qısa müddət ərzində sabitlik yarandı, ayrı-ayrı şəxslərin, qrupların əlində olan minlərlə qanunsuz silahlar toplanıldı. Təkcə bir faktı qeyd edim. O zaman Ağdamın Quzanlı kəndində keçmiş SSRİ-nin böyük bir hərbi bazası vardı və o zaman rus qoşunları Azərbaycanı tərk edərkən onlar hərbi bazanın qapılarını açıb bütün sulahları mülki əhaliyə payladılar. Qeyd etdiyim kimi o zaman milis rəisi işləyirdim və həmin illərdə insanlar silahı sanki bir əşya kimi alıb gətirir və evlərində saxlayırdılar.  Bu xoşagəlməz hadisələrdən, qeyri-qanuni silahların əldə edilməsi, saxlanılması və ondan istifadə olunmasından yuzlərlə cinayət və təsadüfi bədbəxt hadisələr törədildi. Qeyd etdiyim kimi ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən qısa bir müddət sonra bu kimi neqativ hallar aradan qaldırıldı, qeyri-qanuni silahlar toplandı, silahlı birləşmələr, separatçı dəstələr zərərsizləşdirildi. O, illər mən həm də Ali Sovetin deputatı idim. Həqiqətən də ölkədə vəziyyət gərgin idi. Hətta Ali Sovetin özündə çətin bir vəziyyət yaranmışdı. Bəzən Ali Sovetin qapıları bağlanır , deputatları parlamentin binasından kənara çıxmağa qoymurdular. Həmçinin fövqəladə iclas çağırılır və qeyri-qanuni şəkildə deputatların hüquqları dondurulurdu. 1992-ci ilin may sessiyası zamanı 400-ə yaxın deputatın hüququ bir anda donduruldu, 5 milyona yaxın seçicinin hüquqları tapdalandı və yalnız Milli Şura vasitəsilə ölkədə idarəçilik forması yarandı. Bunun da nəticələri hər kəsə məlumdur. Heç birsəriştəsi olmayan şəxslərin hakimiyyətə gəlməsi ilə ölkədə böyük qarşıdurma yarandı. Həm şimal, həm də cənub zonasında arzuedilməz olaylar yaşandı. Sonda isə Gəncədə hərbi hissələrdən birinə dovlət qoşun birləşmələri hücum etdi, onlarla günahsız insan həlak oldu. Bütün bu xoşagəlməz hadisələrdən sonra həmin dövrdə iqtidarda olan qüvvələr istefa verib hakimiyyətdən kənarlaşdılar. Nəticə etibarilə məcbur olub Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər. 1993-cü il, iyun ayının 15-də Heydər Əliyevin Bakıya gəlişi və Milli Məclisin sədri seçilməsi ilə qısa müddətdə ölkədə sabitlik, əmin-amanlıq yarandı. Düzdür, sonrakı illərdə də dövlət əleyhinə fəaliyyətlər baş verdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrini buna misal göstərə bilərik. Həmin dövrlərdə mən həm Ali Sovetin deputatı, həm də Abşeron rayonunun polis rəisi kimi fəaliyyət göstərirdim. Həmin illərdə mənimdə həyatıma sui-qəsd təşkil edildi. Mənfur Qardaşlıq Cəmiyyətinin silahlı dəstələri tərəfindən silahlı hücuma məruz qaldım və 5 güllə yarası aldım. Daha sonra isə ailə üzvlərimə qarşı silahlı hücum oldu. Yaxın qohum-əqrabalarım, azyaşlı oğlum qətlə yetirildi. Abşeron rayonunda polis rəisi işləyən zaman hər gün həmin rayonda quldurluq, soyğunçuluq ölum hadisələri baş verirdi. Hiss edirdim ki, bunun bir nəticəsi olacaq. Onu da qeyd edim ki, 1993-cü ilin sentyabr ayında Abşeron Rayon Polis İdarəsinin bir qrup üzvü ilə Cəbrayıl rayonuna köməyə getdik. O zaman Cəbrayıl rayonunda bir mənfi hadisənin şahidi olduq.  Belə ki, rayonun keçmiş rəsmi dairələri cəbrayıllıları rayondan tamamilə çıxarmışdı ki, guya ermənilər rayonu işğal edirlər. Nəinki Cəbrayıl, eləcə də Qubadlı və Füzuli rayonlarında da bunun canlı şahidi oldum. Az bir müddətdə ermənilər də bundan istifadə edib Azərbaycanın həmin dilbər guşələrini zəbt etdilər. Həmin dövrdə bu barədə respublika rəhbərliyi, Daxili İşlər Nazirliyi, eləcə də digər müvafiq qurumlara məlumat verdim. Lakin təəssüf ki, artıq gec idi və həmin rayonlar süquta uğradı. Bu gün də Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal altındadır. Ancaq inanıram ki, biz sabitlik və sülh şəraitində bu problemləri həll edə biləcəyik. Ümumiyyətlə, XXI əsrdə dünyada gedən proseslərə, həm Yaxın Şərq, həm də digər regionlarda,Suriya Ukraynada cərəyan edən hadisələri, qarşıdurmaları izlədikdə minlərlə günahsız insanın həyatını itirdiyini, qətlə yetirildiyini görürük. Həmçinin insanlar yoxsulluq, hüquqlarının tapdalanması, aclıq-səfalətdən əziyyət çəkirlər. Bir çoxları qayıqlar vasitəsilə dənizləri keçərək Avropaya üz tuturlar. Bütün bunların fonunda isə Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür, insanlarımız xoş, firəvan şəraitdə yaşayırlar. Eyni zamanda əhalimizin güzaranı da gündən-günə yaxşılaşır, maddi imkanları artır, şəhərlərimiz və kəndlərimiz abadlaşır və gözəlləşir.

-Zaman-zaman ölkə seçki mərhələsində olarkən belə bir iddia ortaya atılır ki, guya mövcud Seçki Məcəlləsi ölkədə demokratik və azad şəkildə seçki keçirilməsi üçün qaneedici deyil və Seçki Məcəlləsi bir qədər də təkmilləşdirilməlidir. Sizin bu məsələyə mövqeyiniz necədir?

- Mən II çağırış parlamentdə dövlət quruculuğu hüquq siyasəti komissiyasının sədr müavini olarkən Seçki Məcəlləsi ilə bağlı yaradılmış İşçi Qrupuna rəhbərlik edirdim. 2003-cü ildə biz 6-7 ay ərzində həm Avropa ölkələri, həm də MDB ölkələrinin seçki qanunlarından daha mütərəqqi, daha şəffaf bir Məcəllə hazırladıq. Həmin qanun 2003-cü ildə səsə qoyuldu və qəbul edildi. Onu da qeyd edim ki, müxalifətdən olan deputatlar da həmin qanunun qəbul edilməsinə səs verdilər. Keçən müddət ərzində, 2003-cü ildən bu günə qədər sözügedən qanunun daha da təkmilləşdirilməsi üçün bir sıra əlavələr irəli sürülüb və həmin təkliflər də qəbul edilib. Bu gün həmin qanun əsasında aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bir daha vurğulayıram ki, Seçki Məcəlləsi çox şəffaf, demokratik formada qəbul olunub. İnanıram ki, 11 aprel seçkiləri də şəffaf, demokratik, azad şəkildə baş tutacaq.

Süleyman İsmayılbəyli

Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31