Prezidentin impiçmenti gündəmə gəlib - O etirafdan sonra
15 Dekabr 2016 10:44 SiyasətFilippin lideri Rodriqo Dutertenin impiçmenti baş tuta bilər.
"Qafqazinfo" rus KİV-nə istinadən xəbər verir ki, buna prezidentin qətl törətməsi barədə etirafı səbəb ola bilər. Senator Leyla da Lima bildirib ki, ölkə başçısının bu etirafı impiçment prosedurunun başlanmasına zəmin ola bilər. Prosesin qanuni tərəfini izah edən senator "Bu cəmiyyətin etimadına qarşı xəyanətdir və ağır cinayətdir. Konstitusiyaya görə isə ağır cinayətlər impiçment üçün əsas zəmindir",- deyib.
Xatırladaq ki, Rodriqo Duterte Davao şəhərinin meri olarkən cinayətdə şübhəli bilinən şəxsi öldürdüyünü etiraf etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31