Hələbdə əsrin fəlakəti: insanlar yandırılır, qadınlar zorlanır, uşaqlar...

"AY MÜSƏLMANLAR, BİZ ACIQ, UŞAQLARIMIZI ÖLDÜRÜRLƏR..."

Müsəlmanların qədim yurdu Hələbdə ifadəsi mümkünsüz olan bir vəhşilik yaşanır.

Bakipost.az xəbər verir ki, rus təyyarələrinin bombardmanından xilas olmağa çalışan günahsız insanlar bu dəfə də İran dəstəkli terror qruplarının hədəfinə tuş gələrək diri-diri yandırılır. Artıq təslim olmaq belə kifayət etmir. Silahsız kişilər bir yana, qadın və uşaqlar da güllələnərək öldürülür. Dünyanın üz çevirdiyi Hələbdə qadınlar təcavüzdən xilas olmaq üçün "intihar fətvası" istəyirlər. Daha doğrusu, namusunu qorumaq üçün ölmək istəyən qadınlar təcavüz edilmədən öncə intihar edə bilmələri üçün icazə tələb edirlər. İnsanlığın unudulduğu bu şəhərdə artıq belə hadisələr tez-tez baş verir.

Suriyanın ən əhəmiyyətli bölgəsi sayılan Hələb artıq 5 ildir ki, kimyəvi silahlar, bombalar, raketlərlə xarabaya çevrilməsinə baxmayaraq, hələ də müqavimət göstərməyə davam edir. Yüzdə 90 faizi işğal altında olan şəhər minlərlə şəhid verib. Son iki gündə edam edilən vətandaşlarının sayı 400-ü keçib. 200-dən çox qadın əsir alınıb. Küçələr meyitlərlə doludur.

İranın əmrinə tabe olan şiə millitanları 13-ü uşaq, 11-i qadın olmaqla 82 nəfəri diri-diri yandırıb. Xəstəxanaların işləməməsi üçün təcavüzkarlar 65 səhiyyə işçisini "xəyanət" etməkdə günahlandıraraq edam edib.

Birləşmiş Millətlər Uşaqlara Kömək Fondu (UNICEF), valideyni olmayan 100-dən çox uşağın dağıntılar arasında qaldığnıı açıqlayıb. Alınan məlumatlara görə, hədəfə alınan uşaq evlərinin zirzəmisində gizlənən uşaqlardan xəbər almaq mümkün deyil.

Hələb soyqırımına imza atan Bəşər Əsəd rejimi dünən Həmada kimyəvi silahlardan istifadə edərək daha böyük qətliam törədib. Zarin qazı ilə yaşayış yerləri hədəf alınan Akirbat bölgəsində aralarında çox sayda uşaqlar olmaqla 100-dən çox dinc vətəndaş qətlə yetirilib. 300-dən çox yaralı var.

Artıq Hələbdə cəsədlər toplu məzar qazılaraq dəfn edilir.

Hələbdə yaşayan media aktivistləri isə oradakı vəziyyəti sosial mediada belə paylaşırlar:

"Ey dünyanın şərqində və qərbində yaşayan müsəlmanlar, haradasınız? Biz acıq. Uşaqlarımız öldürülür."

"Küçədəki insan meyitləri qan dondurur. Dərman yoxdur. Yemək yoxdur. Ey ərəblər, ey Allahın qulları kömək edin".

"Biz öldükdən sonra bizim hekayəmizi bütün dünyaya danışarsız. Biz ölürük. Əlvida Dünya"

Hazırladı: Nərmin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31