Azərbaycan XİN rəhbəri mayın 21-də Qətərə səfər edəcək

Azərbaycan xarici işlər nazirinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin 21-23 may tarixlərində Dohaya səfər edəcəyi gözlənilir. Məqsəd "Sabitlik və çiçəklənmə hamı üçün" adlı 16-cı Doha Qlobal Forumunda iştirak etməkdir. Bunu APA-ya Qətərin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə bildirib. E. Məmmədyarov mayın 22-də "Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri" adlı birinci plenar sessiyada çıxış edəcək. Artıq BMT baş katibi Pan Gi Munun da forumda iştirak edəcəyi təsdiqlənib.

Qeyd edək ki, 16-cı Qlobal Doha Forumunda beynəlxalq, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki vəziyyət, qlobal iqtisadiyyat, inkişafda olan ölkələrdə vətəndaş cəmiyyətinin inkişafı və davamlı inkişaf kimi məsələlərin müzakirəsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31