Həmsədrlər ortaq təkliflə çıxış etməyi planlaşdırırlar
3 May 2016 14:57 SiyasətAmerika dövlət katibiylə Rusiya xarici işlər naziri arasında son 10 gündə aparılan 3 telefon danışığının üçündə də Dağlıq Qarabağ məsələsinin qaldırılması onadan xəbər verir ki, həmsədrlər tezliklə ortaq təkliflə çıxış etməyi planlaşdırırlar. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib. Onun szlərinə görə, hazırda bəzi dəqiqləşdirmələr gedir: "Ermənistan rəhbərləri arasında özünün daha yüksək inttellekti və hiyləgərliyilə seçilən Levon Ter-Petrosyanın Dağlıq Qarabağa səfəri də onu göstərir ki, bu təcrübəli erməni siyasətçisi də hansısa dəyişikliklərin gözlənildiyinin fərqindədir. Və o, Xankəndinə təkcə Serjik minnətçi düşdüyü üçün getməyib, həm də öz oynunu oynayır. Levon Ter-Petrosyanın Xan kəndinə gəlməsi əslində Serj Sərkisyanın onun Dağlıq Qarabağ probleminin həlli haqda dediklərinə gəlməsinin göstəricisidir. Və hazırda hakimiyyətdə kimin təmsil edilməsindən asılı olmayaraq Ermənistanda dönəm Levon Ter-Petrosyan dönəmidir, yəni forpost güzəştə hamilədir"..