Türkiyə Jandarma Qüvvələrinin komandanı Bakıya gəlib
3 May 2016 14:50 SiyasətTürkiyə Jandarma Qüvvələrinin komandanı ordu generalı Qalib Mendi Azərbaycana gəlib. Məlumata görə, o, rəsmi görüşlərə sabahdan başlayacaq. Sabah qonaq Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Daha sonra onun daxili işlər naziri Ramil Usubov və Daxili Qoşunların komandanı Şahin Məmmədovla görüş gözlənilir. Mayın 5-də isə komandanın müdafiə naziri Zakir Həsənovla görüşü planlaşdırılır.
Səfər mayın 6-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31