Prezidentin cəbhə bölgəsinə səfəri
Dövlət başçısının öz dövlətinə, öz vətəndaşına münasibətinin bariz nümunəsidir
3 May 2016 13:07 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarına səfəri ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Dövlət başçısının bu səfəri mülki vətəndaşdan tutmuş əsgər və zabitlərə ruh yüksəkliyi verib. Səfər həmçinin xarici mətbuat tərəfindən geniş işıqlandırılıb. Qarabağ bölgəsindən olan millət vəkili Tahir Rzayev deyib ki, ölkə Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Qarabağa, cəbhə, təmas xəttinə son səfəri tarixi bir səfərdir. Bu səfər İlham Əliyev-xalq, xalq-dövlət vəhdətinin, birliyinin növbəti nümayişi idi. Millət vəkilinin bildirdiyinə görə, bu səfərlə dövlət başçısı bir daha özünün, Azərbaycan dövlətinin və hakimiyyətinin Azərbaycan xalqının yanında olduğunu, onun qayğıları, ağrı-acıları ilə yaşadığını ortaya qoymuş oldu. T.Rzayev bildirib ki, bu səfər həm də insanlarda, xüsusilə, illərdir düşmənlə qəhrəmancasına üzbəüz dayanan Azərbaycan vətəndaşlarında böyük ruh yüksəkliyi, qələbəyə daha böyükn və sarsılmaz inam yaratmış oldu:
"Aprel ayının əvvəllərində və hazırda cəbhə xəttində baş verən hadisələr Ermənistanın silahlı qüvvələrinin təxribatı və dinc əhaliyə sui-qəsdə, yaşayış məntəqələrinin atəşə tutulması ermənilərin iç üzünü bir daha göstərdi. Çox təəssüflər olsun ki, erməni siyasətçiləri, rəhbərləri, millətçiləri, insanlığa, beynəlxalq normalara zidd əməllərdən əl çəkmirlər. Ancaq alçaq, yaramaz və şərəfə zidd siyasətin acısını, ağrısını Azərbaycan xalqından daha çox ermənilər görür. Respublikamızın sosial-ictimai siyasəti, dünyada qazandığı nüfuz, beynəlxalq aləmdə dəstəklənməsi və ən mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi, ən nüfuzlu, görkəmli dövlət xadimlərinin Bakıya üz tutması, nəaliyyətlərimizə qiymət verməsi buna sübutdur. Ermənistansa günü-gündən çökür, xalq iqtisadi-sosial, ən başlıcası mənəvi cəhətdən sarsılır. Bu, erməni millətçiliyinin bəlasıdır və bu xəstəlik Ermənistanı daha ağır, çıxılmaz vəziyyətə salacaq. Son hadisələr də bunun anonsudur". Millət vəkili Sona Əliyeva qeyd edib ki, Ali Baş Komandan təmas xəttindəki son vəziyyəti elə cəbhə xəttinin özündə müşahidə edib, hərbçilərlə görüşüb, onların yaşayışı, yeməkxanası, kazarmaları ilə tanış olub, fərqlənən döyüşçülərə hədiyyələr təqdim edib. Prezident və onun xanımı atışmadan zərər çəkmiş Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin, Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxmış, yerli sakinlərə baş çəkiblər. Münaqişənin indiki kimi kəskinləşdiyi bir dövrdə ölkə Prezidentin və xanımının cəbhə bölgəsinə, təmas xəttinə səfəri tarixi bir səfərdir: "Çünki tarixən bilirik ki, ordu həmişə öz sərkərdəsini öndə görməyi sevir. Bir ordunun ki, sərkərdəsi həmişə ordusunun önündə durur, o ordu basılmazdır. Ali Baş Komandanın dəqiq hesablanmış siyasətinin nəticəsidir ki, aprel ayında gedən döyüşlərdə Azərbaycan ordusu basılmazlığını, əzəmətini, qüdrətini bütün dünyaya sübut etdi. Cəbhə bölgəsinə səfər zamanı ölkənin birinci xanımının cənab Prezidentin yanında olması, onunla birgə təmas xəttində, dağılmış evlərə, xəstəxanalara baş çəkməsi, sakinlərlə görüşməsi sərhəd bölgəsində yaşayan əhali üçün böyük mənəvi dəstək, igid əsgərlərimiz üçün ruh yüksəkliyi, daha böyük bir stimul olub. Ölkə başçımız və xanımı hər bir Azərbaycanlıya, əsgərinə, sakininə bir daha ailəsi ilə birlikdə xalqının yanında, ön cəbhədə - ordusunun, əsgərinin yanında olduğunu göstərdi, rəhbərin, ordunun və xalqın birliyini nümayiş etdirdi". Millət vəkilinin dediyinə görə, bu səfər həmçinin, müxtəlif vəzifəli və səlahiyyətli şəxslər üçün də bir nümunə idi ki, onlar öz növbəsində cəbhə xəttində yaşayan əhalinin problemlərinə daha diqqətli olmalı, evlərin bərpasına, maddi və mənəvi sıxıntılarının azaldılmasına çalışmalıdırlar: "Bir sözlə, bugünki həssas bir məqamda cənab prezidentin və xanımının belə bir təqdirəlayiq və tarixi səfəri həm mənfur düşmənlərimizə, həm də ümumilikdə bütün beynəlxalq aləmə cəbhə xəttində üstünlüyün Azərbaycanın tərəfində olmasının, ordumuzun proseslərə nəzarət etməsinin bir mesajı idi. Ali Baş Komandan hər kəsə, bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır və bunu edəcək". Deputat Eldəniz Səlimov isə bildirib ki, dövlət başçısı İlham Əliyevin birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə Qarabağa, cəbhə bölgəsinə səfəri Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin öz vətəndaşına, öz insanına olan münasibətinin bariz nümunəsi, əyani ifadəsidir. Bu səfər həm də ölkə Prezidentinin 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində ki "hər bir Azərbaycanlının prezidenti olacağam" fikrinin, vədinin əməldə təsdiqi idi: "Bildiyiniz kim, aprelin 1- 2-nə keçə gecə işğalçı ermənilərin atəşkəsi növbəti dəfə pozması ilə cəbhə xəttində hərbi əməliyyatların başlaması, hətta, aprelin 5-də atəşkəsin əldə edilməsinə baxmayaraq, erməni təxribatlarının davam etməsi, təmas xəttində silahların susmaması, ermənilərin mülki vətəndaşları hədəf alması nəticəsində xüsusilə, Tərtər, Ağdam bölgələrində insanlarımız xeyli maddi və mənəvi ziyanla, itkiylə üzləşib, evlər dağıdılıb, mal-qara məhv edilib və sair. Bunlar hamısı "əzabkeş" cildinə girən ermənilərin növbəti vandalizminin "göstərici"sidir. Amma insanlarımız, düşmənlə üzbəüz dayan mülki vətəndaşlarımız, həmçinin, hərbçilərimiz ermənilərin bu təxribatlarından nəinki geri çəkilmiş, qorxmuş, əksinə, onların mübarizlik, döyüş ruhu qat-qat artmşıdır. Çünki Azərbaycan vətəndaşı, Azərbaycan insanı arxasında güclü Azərbaycan dövlətinin, Azərbaycan ordusunun və qətiyyətli Ali Baş Komandanının olduğunu görür, hiss edir. O, bilir və hiss edir ki, Azərbaycan dövləti, Azərbaycan ordusu və ölkə rəhbəri onu tək buraxmayıb, bir an olsun belə, onu unutmayıb. Bu baxımdan, ölkə Prezidenti və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfəri insanlarda, düşmənlə üz-üzə qəhrəmancasında dayanan vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Azərbaycan Prezidenti öz vətəndaşına, Azərbaycan vətəndaşı isə öz dövlət rəhbərinə inanır, güvənir. Heasab edirəm ki, məhz bu sarsılmaz vəhdətin sayəsində də Qarabağ başda olmaqla işğal altınadkı bütün torpaqlarımız erməni işğalından qurtulacaq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü onun bütün ərazilərində təmin olunacaq".
Alim