Azərbaycan cəmiyyəti öz Prezidentinə inanır
Aydın Mirzəzadə: “Onun apardığı siyasətlə ərazi bütövlüyümüzün təmin olunacağına ümid bəsləyir”
2 May 2016 15:45 Siyasət"Prezident İlham Əliyevin cəbhə xəttinə səfəri tək Azərbaycanın deyil, dünyanın bir çox aparıcı mətbuat orqanlarının əsas mövzusuna çevrilib". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, dövlət başçısının birbaşa cəbhə xəttinə getməsi, hərbçilərlə, yerli əhali, hərbi qospitallarda müalicə olunan insanlarla görüşməsi, söhbətləşməsi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə nə qədər ciddi diqqət yetirdiyini göstərir: "Eyni zamanda, dövlət başçısının verdiyi bəyanatlar da Azərbaycanın bu problemin həllində prinsipial mövqedən geri çəkilmədiyini, beynəlxalq hüquq normalarına uyğun ərazi bütövlüyünü təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini nümayiş etdirir. Azərbaycan cəmiyyəti də öz Prezidentinə inanır, onun fəaliyyətini dəstəkləyir və məhz onun apardığı siyasətlə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağına ümid bəsləyir".