"Azərbaycan bir neçə saat ərzində erməni postlarını aldı" VIDEO
2 May 2016 12:20 SiyasətTürkiyənin "Bengü Türk" televiziyası Qarabağdan reportaj hazırlayıb. Baku.ws bildirir ki, cəbhə xəttinə yollanan türk jurnalist Qarabağdakı son vəziyyəti çəkərək bütün dünyaya göstərib. Qarabağda gedən siyasi proseslərə də diqqət çəkilən materialda bir çox məqama da yer verilib. "Adım Vatan" adlı verilişdə aprelin əvvəlində başlayan hərbi əməliyyatlardan söhbət açılır. Ermənistanın əlində saxladığı hərbi yüksəkliklər bir neçə saat ərzində Azərbaycanın nəzarətinə keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31