İran səfirliyi təkzib etdi
2 May 2016 11:21 Siyasətİranın Azərbaycandakı səfirliyi Tehranda "erməni soyqırımı"nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib. İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin əsassız olduğunu bildirib: "Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər gündən-günə artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır". M. Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran - Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31