"Azərbaycan o cihazlar hesabına ordumuz üzərində üstünlük qurub"

Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin qovulması kifayət qədər ölçü deyil. Baku.ws bildirir ki, bunu bu gün mətbuat konfransı keçirən Ermənistanın sabiq baş naziri, Ermənistan parlamentinin deputatı Qrant Baqratyan deyib. Onun sözlərinə görə, problem Qarabağ münaqişəsi ətrafında vəziyyətin kəskinləşməsi zamanı yaranıb. Yəni, yanlış siyasət, yanlış idarə etmə mövcuddur. Sabiq baş nazir vurğulayıb ki, buna görə daha çox yüksəkrütbəli şəxs vəzifədən çıxardılmalıdır. "İndi müharibə gedir və mən belə şəraitdə konkret adları açıqlamaq istəməzdim. Amma mən əvvəlki açıqlamalarımda da dedim ki, əgər ehtiyat varsa, onda hamını dəyişdirmək lazımdır", - deyə Baqratyan bildirib. Sabiq baş nazir qeyd edib ki, Azərbaycan tərəfi erməni hərbçilərində olmayan gecə görmə cihazlarından istifadə edir və bu onlara böyük üstünlük yaradır: "Bu cihazların alınması üçün bir neçə milyon dollar lazımdır. Bizdə əvvəl bu cihazları istehsal edə biləcək zavodlar var idi. Ancaq hazırkı hakimiyyət məqsədyünlü şəkildə bu zavodları dağıdaraq fəaliyyətini dayandırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31