İran XİN-in sözçüsü: “Azərbaycan Respublikası İran vətəndaşları üçün viza rejimini ləğv etsə, bunu alqışlayırıq”
29 Aprel 2016 15:19 Siyasət"Azərbaycan Respublikası İran vətəndaşları üçün viza rejimini ləğv etsə, biz bunu alqışlayırıq". Bunu APA-nın İran bürosuna açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. O bildirib ki, İran digər ölkələrlə, xüsusən əlaqələri genişləndirməkdə maraqlı olduğu qonşu dövlətlərlə viza rejimini ləğv etməyi diqqət mərkəzində saxlayır: "İran hesab edir ki, turistlərin və tacirlərin gediş-gəlişinin çoxalması təkcə siyasi əlaqələrin deyil, müxtəlif sahələrdə hökumətlərin və xalqların əlaqələrinin inkişafına səbəb olur. Əlbəttə, bəzi ölkələrin təhlükəsizlik məsələlərinə görə bu sahədə öz siyasəti var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31