Erməni hücumu zamanı yaralanmış Ağdam sakini: Ermənilər nə qədər atəş açsa da doğma torpaqlarımızı tərk etməyəcəyik
29 Aprel 2016 14:50 SiyasətErmənilər gözlənilmədən toplardan, qradlardan və raketlərdən mülki əhaliyə atəş açmağa başlayıblar. Bunun nəticəsində Ağdam sakini 1978-ci il təvəllüdlü Elnur Məmmədov yaralanıb. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, E.Məmmədov bildirib: "Mərmilərdən biri biz olduğumuz yerin yaxınlığına düşdü və mən qəlpə yarası aldım. Öz yerimizdən heç bir yerə gedən deyilik, ermənilər nə qədər atəş açsa da doğma torpaqlarımızı tərk etməyəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31