Biz sülh tərəfdarıyıq
Şahin İsmayılov: “Amma heç vaxt torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq”
29 Aprel 2016 12:39 Siyasət"Ermənilərin mülki əhalini atəşə tutmaqda əsas məqsədlərindən biri də camaat arasında qorxu salmaq və ruh düşkünlüyü yaratmaqdır. Amma prsoselər tamam əksinə gedir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən milət vəkili Şahin İsmayılov bildirib ki, insanlarımız oz ata-baba yurdlarını tərk etmir və böyük inam, ruh yüksəkliyi ilə ordumuz və ali baş komandanı dəstəkləyirlər: "Tarix boyu ruh yüksəkliyi bütün böyük müharibələrin taleyində həlledici rollardan birini oynayıb. Biz sülh tərəfdarıyıq, amma heç vaxt torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31