“Deputatlar cəbhə xəttində baş verənlərdən narahatdır”

Bu sözləri Milli Məclisin iclasında millət vəkili Zahid Oruc deyib. Z.Oruc qeyd edib ki, bölgələrdə dinc insanları hədəfə çevirən ermənilər 1990-cı illər siyasətini təkrarlamaq istəyirlər: "Ancaq Sərkisyan öz xalqını qırğına verəcək. Mən Sərkisyanı istefaya çağırıram. Ermənilər yaranmış vəziyyətdən istefa edərək, bölgədə ikinci "erməni dövləti" yaratmaq istəyirlər. Lakin Qarabağın coğrafi və etnoqrafik tərkibi buna imkan vermir". Millət vəkili qeyd edib ki, Ermənistan dinc insanları hədəfə alıb: "Sərkisyan bir neçə generalı istefaya göndərməklə hakimiyyətini xilas edə bilməyəcək. Çünki Azərbaycan torpaqlarında heç zaman "vətən" qurmaq olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31