Azərbaycan MN: Ermənilərin yaydığı videogörüntü xüsusi effektlərlə hazırlanıb
28 Aprel 2016 17:58 Siyasət"Ermənilərin yaydığı videogörüntü xüsusi effektlərlə hazırlanıb". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, video çox diletantcasına hazırlanıb: "Dərin analiz etmədən belə qurama olduğu görünür. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ancaq qarşı tərəfin təxribatlarına cavab olaraq düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir. Ermənilərin yaydığı şəkillər və videolar saxtadır, dezinformasiya xarakteri daşıyır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31