Ermənistan hücuma hazırlaşır

Müşhidələrdən belə görünür ki, Ermənistan hücuma hazırlaşır və həm də bu dəfə öz müttəfiqinin dəstəyilə". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Ərəstun Oruclu bildirib ki,  bu vəziyyət yaranarsa və növbəti hərbi qarşıdurma qaçılmaz olarsa,biz növbəti addımları atmalıyıq: "Hər şeydən əvvəl, elə indidən çox çevik informasiya siyasəti yürüdərək, bütün dünyanın diqqətinə çatdırmaq lazımdır ki, Ermənistan hücuma hazırlaşır. Bütün beynəlxalq təşkilatlara, sülh prosesindəki vasitəçilərə, diplomatik missiyalara rəsmi müraciət edərək, bunu sənədlərlə ortaya qoymaq lazımdır. Ayrıca BMT-yə müraciət etmək, Ermənistana qarşı onun işğal etmiş olduğu ərazilərimizdə bütün vasitələrdən (terror xaric) istifadə edərək, onun daxilində panika və qorxu yaratmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31