Fransalı siyasətçi: "Bakı sivilizasiyalararası forumların keçirilməsi üçün yaxşı məkandır"
27 Aprel 2016 16:09 SiyasətBakı sivilizasiyalararası və mədəniyyətlərarası forumların keçirilməsi üçün yaxşı bir məkana çevrilib. Bunu BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumunun Fransadan olan iştirakçısı Jan Pyer Lekoq deyib. O bildirib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada birgəyaşayışın təşviq olunmasına mühüm töhfə verir. Fransalı siyasətçi bildirib ki, Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir: "Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri, o cümlədən müsəlmanlar, xristianlar, yəhudilər birgə işləyir və sülh şəraitində yaşayırlar. Bu baxımdan Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31