BMT-nin ali nümayəndəsi: "Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib"
27 Aprel 2016 14:29 Siyasət"Bakı prosesi beynəlxalq dialoqun dəstəklənməsi üçün real platformaya çevrilib". Bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində panel müzakirələrində deyib. O, Azərbaycanın inklüziv dünyanın yaradılması üçün etnik müxtəlifliyi seçməsini alqışladığını bildirib: "Beynəlxalq ictimaiyyət Azərbaycanın təcrübəsini öyrənməlidir". İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci isə deyib ki, dialoq sülhə nail olmağın ən təhlükəsiz yoludur: "Fəxr edirəm ki, Bakı prosesinin hissəsiyəm. Dini, mədəni, dil fərqi bizi ayırmalı deyil, əksinə, birləşdirməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31