"Dünya indi anlayır ki, terrorizm və ekstremizm aradan qaldırılmalıdır"

"Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun birinci günündə iştirakçılar terrorizmlə ciddi mübarizə ehtiyacı haqqında bildirdilər". Bunu Trend-ə eksklüziv müsahibəsində İranın vitse-prezidenti Məsud Soltanifər deyib. Onun sözlərinə görə, dünya indi anlayır ki, terrorizm və ekstremizm aradan qaldırılmalıdır. M.Soltanifər bütün dünyada, həmçinin Türkiyədə bu yaxınlarda baş vermiş terror hücumlarını göstərərək bidirib ki, dünya terrorizmlə və ekstremizmlə mübarizədə güclü iradəni göstərməlidir. İranın vitse-prezidenti həmçinin beynəlxalq cəmiyyəti "regionun bəzi ölkələrini" regionda terrorizmi dəstəkləməsinin qarşısını almağa çağırıb. İranın vitse-prezidenti BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakı ilə əlaqədar Bakıya səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31