Elmar Məmmədyarov QDİƏT baş katibi ilə görüşüb
26 Aprel 2016 18:22 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə təəssüflə qeyd edilib ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud olan münaqişə və ya mübahisələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir. E. Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrastrukturuna dair məlumat verib. Baş katib Maykl Kristides bildirib ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Qədim İpək yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.