Nazir: "Azərbaycan İspaniya üçün Asiyaya gedən yolda körpü rolunu oynayır"

"İspaniya üçün Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi olduqca önəmlidir. Çünki Azərbaycan İspaniya üçün Mərkəzi Asiya və digər Asiya ölkələrinə gedən yolda körpü rolunu oynayır". "APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo deyib. Nazir qeyd edib ki, öz növbəsində İspaniya Azərbaycan üçün Latın Amerikası və Şimali Afrikaya gedən yolda körpü rolunu oynayır. "İspaniya şirkətləri Azərbaycanla infrastruktur, neft-kimya və sənayenin digər sektorlarında əməkdaşlıq etməkdə maraqlıdır. Mən Azərbaycan iqtisadiyyatının sürətli inkişafının şahidi oldum", - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31