Desir: “Fransa Aİ-Azərbaycan razılaşmasının əldə olunması üçün dəstək verməyə hazırdır”
26 Aprel 2016 16:52 Siyasət"Fransa Avropa İttifaqı ilə Azərbaycan arasında razılaşmanın əldə olunması üçün dəstək verməyə hazırdır". Bunu Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir deyib.
O qeyd edib ki, Fransa və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çox yüksək səviyyədədir: "İki ölkə arasında iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əməkdaşlıq davam edir. Biz əsasən kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlığa diqqəti yönəltmək istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31