Putin prezidentləri danışıqlar üçün Moskvaya dəvət etsə, Sərkisyan qaça-qaça gedəcək

"Ermənistan prezidenti Serj Sərkisyanın "indiki şərtlər altında danışıqlar mümkün deyil" ifadəsinin elə bir əhəmiyyəti yoxdur.  Çünki, sabah Rusiya prezidenti Vladimir Putin prezidentləri danışıqlar üçün Moskvaya dəvət etsə, Sərkisyan qaça-qaça gedəcək". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, Serj Sərkisyanın ""Bloomberq" agentliyinə verdiyi müsahibədə "biz 5 rayonu azad etməyə hazır idik, ancaq..." ifadəsi daha çox diqqəti cəlb edir: " Bu bütün həll planlarında yer alan şərtdir, ancaq Sərkisyan və digər erməni rəsmilər ictimaiyyət qarşısında heç zaman bu haqda danışmırdılar. İndi isə Sərkisyan "5 rayonun azad olunması" fikrini xatırlatmaqla faktiki cəmiyyətinə"Ermənistan bufer zonadan imtina etmək məcburiyyətində qalacaq" fikrini təlqin edir. Bu 4 günlük döyüşün nəticəsidir. Növbəti döyüşlərdən sonra Sərkisyan başqa həqiqətlərdən də danışmağa başlayacaq, məsələn deyə bilər ki, "Şuşa və Laçına azərbaycanlılar qayıdacaqlar, ancaq..." Bu cümlələrdə "ancaq" əhəmiyyətli deyil, cümlənin birinci hissəsində mesaj var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31