İspaniyanın xarici işlər naziri: “Zorakı ekstremizmə qarşı mübarizə aparmalıyıq”

"Biz daim zorakı ekstremizmə qarşı mübarizə aparmalıyıq". Məlumata görə, bunu Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında İspaniyanın xarici işlər naziri Manuel Qarsia Margallo deyib. O bildirib ki, müxtəlif dinlər, mədəniyyətlər arasında daha intensiv dialoqa ehtiyac var: "Müsəlman və xristian icmaları arasında dialoq, anlaşma dərinləşməlidir. Din xadimləri də bir araya gəlib, müzakirələr aparmalıdır. Son bir neçə ayda baş verən proseslərdə ksenofobiya və zərərli fikirlərin gündəmdə olduğunu görürük. Ona görə də gənclərə xüsusi diqqət ayırmalıyıq. Kütləvi sosial tədbirlər, idman gənclərin tolerantlıqla bağlı maarifləndirilməsində önəmli rola malikdir". Nazir qeyd edib ki, gənclərlə, KİV-lə iş diqqət mərkəzində olmalıdır: "Alyans xüsusilə təhsil sistemində təlimlərin keçirilməsinə önəm verməlidir. Bunun təsiri daha müsbət olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31