Çavuşoğlu Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolu olmasına dair Rusiya rəsmilərinin iddialarına cavab verib

"Rusiya rəsmilərinə cavab verəsi deyiləm. Bu kimi iddiaları da yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub". APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolunun olması ilə bağlı Rusiya rəsmilərinin iddialarına münasibət bildirərkən deyib. "Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb qardaş Azərbaycana hücum edin dedik? İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimi pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz. Qarabağ münaqişəsinin yaranmasında məsuliyyət daşıyan şəxslərdən müsbət yanaşma və ya siyasi həll gözləmək çox böyük nikbinlik olardı", - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31