Ermənilər danışıqlara başlamaq haqqında fikirləşmirlər

"Serj Sərkisyan "Bloomberg" agentliyinə 2011-ci ildə işğal altındakı 5 rayonumuzu qaytarmağa hazır olduqlarını, ancaq Azərbaycanın Moskvanın bu təklifini rədd etdiyini bildirib. Rusiya haqında zorla gizlədiləcək bir incikliklə danışmasından isə görünür ki, Sergey Lavrov bu dəfə onlar üçün həzm etmələri çətin olan başqa bir təkliflə gəlib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Onun szlərinə görə, Sərkisyanın "indi danışıqlar vaxtı deyildir" sözləri çox ehtimal ki, bununla bağlıdır: " Onlar indi azad edilmiş yüksəklikləri yenidən zəbt edib irəli sürülən təklifləri dəyişdirmək üzərində düşünürlər. Sərkisyan Azərbaycanın ələ keçirdiyi yüksəkliklər elə də strateji əhəmiyyət kəsb etmir, ona görə də biz yeni itkilər hesabına onları geri qaytramayacağıq" deyirsə, demək bunun tam əksini düşünür. Biz düşmənin necə məkrli olduğunu yaxşı bilirik. Bir sözlə, görünən budur ki, ermənilər özləri üçün daha əlverişli vaxt yarananadək danışıqlara başlamaq haqqında fikirləşmirlər. Ancaq gərək onu da unutmasınlar ki, Azərbaycan ordusu uzun müddət gözləmək fikrində deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31