Pakistanlı dinləyicilər SAM-da olub
26 Aprel 2016 11:54 SiyasətPakistan Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun dinləyiciləri Strateji Araşdırmalar Mərkəzini ziyarət edıb. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, 22 nəfərlik nümayəndə heyətinin tərkibinə Bruney sultanlığı, Oman və Nigeriyadan da təmsilçilər olmaqla, Pakistanın quru qoşunları, xüsusi təyinatlı qüvvələri, hərbi-hava qüvvələri və hərbi-dəniz donanmasının yüksək rütbəli zabitləri və zabitləri daxildir. SAM-da keçirilən görüşdə mərkəzin direktor müavini Gülşən Paşayeva ölkəmiz və SAM haqqında qısa məlumat vermiş, SAM-ın elmi işçisi Fuad Çıraqov Azərbaycanın xarici siyasəti və strategiyası, aparıcı elmi işçisi Kamal Makili-Əliyev isə Azərbaycanın milli və hərbi təhlükəsizlik konsepsiyası barəsində qonaqlar qarşısında çıxış ediblər. Çıxışlardan sonra Mərkəzin əməkdaşları qonaqları maraqlandıran müxtəlif məsələlərlə bağlı suallara cavab veriblər.