Azərbaycandan dünyaya sülh mesajı

Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb. Aprelin 27-dək davam edəcək forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir. qatılacağı gözlənilir. "OLAYLAR"-ın xıəbərinə görə, Forumun ölkəmizin dünyadakı imicinə təsirindən danışan ASGA Analitik Təhlil mərkəzinin rəhbəri Azər Verdiyev bununla Azərbaycanın dünyaya növbəti dəfə sülh mesajı göndərmə imkanının olduğunu deyib: "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir. Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginalizasiyanın qarşısının alınmasına dair mövzuları müzakirə ediləcək. Forum regional liderlər, qadınlar, idman növləri, gənc və təhsil mövzuları da daxil olmaqla, inklüziv cəmiyyətlərin yaradılması ilə bağlı müzakirə və fikir mübadiləsinin aparılmasına yardım edəcək. Bundan başqa biz tarix boyu xalqımızın başına gətirilən müsibətlər barədə dünya ictimaiyyətini növbəti dəfə məlumatlandıra bilərik. Azərbaycan ərazi baxımdan zorakılığa məruz qalıb. Tarixi torpaqlarımız işğal altındadır. Lakin biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açarıq. Dünyanın daha yaxşı olmasını istəyirik. Ümid edirik ki, bizim üzləşdiyimiz çətinliklərlə gələcək dünya üzləşməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31