İlham Əliyev: "Bakıda Qlobal Forumun keçirilməsi fəaliyyətimizə və mədəniyyətlərarası dialoq dəyərlərinin irəliləməsinə etirafın əlamətidir"
26 Aprel 2016 10:58 Siyasət"Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi fəliyyətimizə və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinə etirafın əlamətidir".Trend bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında deyib.Prezident İlham Əliyev Forum iştirakçılarını salamlayıb, xüsusilə də Alyansın qurucu-atalarına təşəkkürünü bildirib.Dövlət başçısı deyib: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək bizim üçün böyük fəxrdir. Biz bunu fəaliyyətimizə və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinə minnətdarlığın əlaməti qismində nəzərdən keçiririk".İlham Əliyev qeyd edib: "Mən Alyansın qurucu-atalarına - Türkiyə və İspaniyaya, Prezident Ərdoğana, keşmiş Baş nazir Sapateroya 10 ildən artıq müddətdir olan bu fövqəladə vacib təşəbbüsə görə öz təşəkkürümü bildirmək istərdim".