Ankara Moskva ilə münasibətlərin normallaşmasına hazırdır

Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasına hazırdır. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın bildirib.

O deyib ki, Ankara Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra Rusiya ilə yaranan problemin diplomatik yolla həllini istəyir: "Bizim bu təklifimiz hələ qüvvədədir". İ.Kalın bildirib ki, Moskva ilə müxtəlif səviyyələrdə müəyyən təmaslar mövcuddur: "Biz bunu görürük və ümid edirik ki, təmaslar daha intensiv xarakter alacaq". Administrasiya sözmüsü hesab edir ki, iki ölkə arasındakı möhkəm və inkişaf etmiş əlaqələr bir insidentin qurbanı olmamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31