Oljas Süleymanov: Dünya Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bu qədər uzun müddət barışa bilməz
25 Aprel 2016 14:47 SiyasətDünya Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bu qədər uzun müddət barışa bilməz. Trend-in məlumatına görə, bunu jurnalistlərə Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymanov deyib. O.Süleymanov qeyd edib: "Bu problemin həllinə mütləq dünya ictimaiyyəti fəal şəkildə qoşulmalıdır". O əlavə edib ki, istənilən bu cür münaqişə dünya miqyaslı fəlakətə gətirib çıxara bilər. O.Süleymanov bu münaqişənin tez bir zamanda həll olunacağına ümid etdiyini ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31