Qırğızıstanda DYƏT-in XXXI iclası keçirilir

Qırğızıstanın Çolpon-Ata şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan dövlətlərin dəmir yollarının baş direktorlar (məsul nümayəndələrin) Konfransının XXXI iclası keçirilir. "OLAYLAR"-ın Azərbaycan Dəmir Yollarına istinadən verdiyi xəbərə görə, aprelin 29-dək davam edəcək ttədbirdə DYƏT-in yük daşımaları, sərnişin daşımaları, infrastruktur və heyət tərkibi Komissiyalarının 2015-ci il üzrə fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika, maliyyə və hesablaşma məsələləri üzrə Daimi işçi qruplarının 2015-ci il üzrə fəaliyyətinin nəticələri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borcların ödənilmə mexanizmi, DYƏT-in 2015-ci ildə fəaliyyəti üzrə hesabatı, DYƏT-in 2017-ci və gələcək illər üçün fəaliyyət Proqramı, DYƏT-in 2016-cı il üçün son və 2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Təftiş komissiyasına üzvlüyün ardıcıllığı, Baş direktorlar Konfransının XXXII iclasının keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə olunacaq. DYƏT Baş direktorlar (məsul nümayəndələrin) Konfransının XXXI iclasında "Azərbaycan Dəmir Yolları" QSC-ni Maliyyə İdarəsinin rəis müavini Azad Hüseynov, Beynəlxalq əlaqələr və Hüquq İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Angelina Şurqanova və Beynəlxalq əlaqələr və Hüquq
İdarəsinin Hüquqi təminat şöbəsinin baş hüquqşünası Fuad Qasımzadədən ibarət nümayndə heyəti təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31