Gürcüstanda “Qarabağ Azərbaycanındır” aksiyası keçirilib
25 Aprel 2016 12:30 SiyasətGürcüstanda Avropa Texniki Universitetinin Hüqüq və Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsi jurnalist Könül Quliyeva "Demokratik Cəmiyyətin İnkişafına Yardım" İctimai Birliyinin "Qarabağ Azərbaycanındır" aksiyasına dəstək məqsədilə aksiya keçirib. Aksiya haqqında "OLAYLAR"məlumat verən K. Quliyeva qeyd edib ki, "Gənc Liderlər Heydər Əliyev Yolunda" Facebook səhifəsi lahiyəsinin rəhbəri Nicat Müslümovun dəvəti ilə bu təşəbbüsə könüllü olaraq dəstək vermək məqsədilə belə bir aksiyaya təşkilatçılıq edib: "Biz Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr qərara gəldik ki, belə bir təşəbbüsə dəstəyimizi ifadə edək. Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından başlayaraq H.Əliyev parkına qədər bayraqlarla və şüarlarla dinc yürüş təşkil etdik. Tələbələrin könüllü olaraq qatıldığı bu aksiyamız yüksək səviyyədə və insidentsiz başa çatdı. Yerli hüquq-mühafizə orqanları əməkdaşları aksiyamıza açıq müdaxilə etməsələr də mənim kimliyim və aksiyanın məqsədi ilə bağlı ciddi araşdırma apardılar".