Macarıstanın dövlət naziri Azərbaycana səfər edəcək
22 Aprel 2016 17:39 SiyasətMacarıstan xarici işlər və ticarət nazirinin müavini, təhlükəsizlik siyasəti və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri István Mikola aprelin 25-də Bakıya gələcək. Macarıstanın Azəbaycandakı səfiri İmre Laslotskinin APA-ya verdiyi məlumata görə, István Mikola BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunda iştirak edəcək. Səfir bildirib ki, onun forumda "Dayanıqlı inkişaf" mövzusunda çıxışı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31