ABŞ Konqresinin üzvü Bidzina İvanişvilinin bank hesablarının dondurulmasını tələb etdi

"Amerika prezidentini Gürcüstanda keçirilən seçkinin müşahidə edilməsi porsesinə yardım etməyə, ABŞ-ın Maliyyə Nazirliyi və qərb dövlətlərinin banklarını Bidzina İvanişvilinin hesablarını dondurmağa çağırırıq". "Report" Gürücüstan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Konqersinin üzvü Stiv Rassel bəyan edib. O bildirib ki, Bidzina İvanişvili hökumətə hələ də təsir edə bilir: "Xatırladım ki, Gürcüstanın keçmiş baş naziri Rusiya prezidenti Vladimir Putinin müttəfiqidir".

Qeyd edək ki, 60 yaşlı, gürcü milyader Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. 2013-cü il noyabrın 23-də siyasətlə məşğul olmayacağını bəyan edərək, istefa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31