SƏS VER!-İşğalçı Ermənistanı bütün dünyada birgə ifşa edək!

Bunun üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olun

Daha sonra:

● Açılan səhifənin sağ tərəfində "Add your name" adlı yazını görəcəksiniz.

● Qeyd olunan yazının altındakı xanaları doldurun:

̶  1-ci xana - First Name (səs verənin adı);

̶  2-ci xana - Last Name (səs verənin soyadı);

̶  3-cü xana - Email Adress (səs verənin elektron poçt ünvanı - email)

̶  4-cü xana - Zip Code (poçt indeksi, misal üçün, AZ1147)

● "Sign now" yazısının üstünə klik edin (tıklayın)

● Dərhal elektron poçtunuzu açın, cünki göstərdiyiniz elektron ünvanınıza (email-a) saytdan imzanı təsdiqləmək üçün məktub gələcək.

● Gələn məktubda "Confirm your signature by clicking here" yazılı linki (keçidi) klik edin.

● Bundan sonra ekranda "Thank you.." cümləsi olan təşəkkür səhifəsi açılacaq. Deməli səsiniz hesablanıb.

● Səsvermə bitdi.

Diqqət: Səsvermədə 13 yaşdan yuxarı hər bir kəs iştirak edə bilər. Bir qurğudan (kompüter, mobil telefon və s.) yalnız bir səs verilə bilər.

Siz bu müraciəti imzalamaqla Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ABŞ prezidentinə etdiyi müraciətə qoşulur, Azərbaycanın haqq səsini dəstəkləyir, Vətən qarşısında öz borcunuzu vermiş olursunuz.

İmzaladığınız müraciətin mətni:

Biz Obama Administrasiyasına Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının alınması  naminə petisiya ilə müraciət edirik:

AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan:

Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını;

Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindan dərhal geri çəkilməsi tələbini;

Ermənistanın Azərbaycana qarşi qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğunu;

Azərbaycanin işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyini;

ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyini nəzərə alaraq,

Biz Administrasiyanı AŞPA-nin 2085 sayli qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal ediımiş Azərbaycan torpaqlarının azad edilməsinə va bölgədə humanitar fəlakətin qarşısnın alınmasına yardım etməyə çağırırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31