ABŞ səfiri: Dünya problemlərinin həllində Azərbaycanın təcrübəsi vacibdir
22 Aprel 2016 16:15 SiyasətABŞ beynəlxalq səviyyədə tolerantlıq məsələlərinin təşviqi üzrə Azərbaycanın səylərini alqışlayır. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada multikulturalizmə hörmət kimi ənənələrlə, həm də müxtəlif dini və etnik qrupları qəbul etmək bacarığı ilə tanınır: "Azərbaycanın təcrübəsi üzləşdiyimiz problemlərlə mübarizəyə kömək etmək üçün çox vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31