24 aprel yalanı və əsl həqiqət
Göksəl Gülbəy: “Ortodoks erməniləri Vanda kürd və türkləri, bütün müsəlmanları öldürüb şəhəri ələ keçirirlər”
22 Aprel 2016 16:03 SiyasətHər il aprelin 24-də ermənilər qondarma soyqırımın ildönümünü qeyd edirlər. Ötən 100 ərzində ermənilər dünyanın bir çox ölkələrini öz yalanlarına inandıra bilsə də, paralel olaraq erməni yalanlarını ifşa etmək istiqamətində aparılan işlər də öz bəhrəsini verməkdədir. Xüsusilə, son illərdə bu istiqamətdə korrdinasiya edilmiş şəkildə görülən tədbirlər nəticəsində mütərəqqi dünyaya onu çatdırmaq mümkün olub ki, əslində 24 aprel tarixində nəinki ermənilərə qarşı soyqırım həyata keçirilib, hətta bir erməninin burnu belə qanamayıb. 1915-ci il, 24 aprel tarixində baş verən hadisələr barədə danışan Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mücadilə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyir ki, həmin tarixdə Osmanlı dövlətinin daxili işlər naziri 16 vali və 10 kaymakama tələbnamə göndərərək həmin ərazilərdəki daşnak və Hınçak kimi erməni komitələrinin şöbələrinin bağlanmasını istəyir: "Eyni gün İstanbuldakı 235 nəfər işlədikləri cinayətlər səbəbiylə Çankırıya göndərilir və onlara şəhəri tərk etməmək qadağası qoyulur. Çankırıya göndərilən ermənilərin bir qisimi az sonra sərbəst buraxılır. Onlardan bəziləri Ayaş, digər qismi isə Zor bölgəsinə üz tutur. Yalnız onlardan bir nəfəri təbii səbəblərdən dolayı dünyasını dəyişir. İki nəfər xuliqanlıq zəminində baş verən cinayət nəticəsində öldürülür". ASİMDER rəhbəri qeyd edib ki, həmin dövrdə İngiltərə, Fransa və Rusiya öz imperializm ənənəsinə sadiq qalaraq Osmanlı dövlətini yıxmaq, onu parçalamaq üçün rumlar, kürdlər və ermənilərdən istifadə edərək onları Osmanlı dövlətinə qarşı qaldırır: "Nəticə etibarilə Osmanlı dövləti daxilində bir çox üsyanların meydana çıxmasını nail olurlar. Ermənilər İstanbuldan Vana qədər böyük bir ərazidə dərnəklər qurub silahlanırlar. Bu arada Osmanlı dövləti Birinci Dünya Müharibəsinin iştirakçısına çevrilir və 1915-ci ilin mart ayında Rusiya Şərqi Anadoluya girir. Bu hadisə ermənilərə ikinci bir nəfəs vermiş olur və Rusiyanın dəstəyini alan ermənilər aprel ayının 11-də Vanda üsyan başladıb Osmanlıya qarşı müstəqillik döyüşünə start verirlər. Bu üsyan Vandan digər bölgələrə də sıçrayınca, Osmanlı dövləti məcburi köç qərarı verir. Məkumat üçün qeyd edim ki, bu qərar yalnız Ortodoks ermənilərinə tətbiq olunur. Üsyana qatılmayan Katolik və Protestant erməniləri isə öz yerlərində qalırlar. Belə ki, Ortodoks erməniləri Vanda kürd və Türkləri, bütün müsəlmanları öldürüb şəhəri ələ keçirirlər. Beləliklə də üsyan Vandan digər bölgələrə də sıçrayır. 1915-ci, aprelin 24-də Osmanlı rəhbərliyi Anadoludakı bütün erməni dərnəklərinin bağlanılmasına və İstanbulda üsyanı dəstəkləyən 200-ə qədər erməninin Çankırı Ayaşa sürgünə göndərilməsinə qərar verir. Sonradan isə həmin ermənilər burunları
belə qanamadan İstanbula geri dönürlər". Göksəl Gülbəy bildirib ki, bütün bunlara və ortada reallığın olmasına baxmayaraq gerçək məlumat və sənədə söykənməyən əsassız iddialarla bir çox ölkələrdə qondarma soyqırımı tanıyan qanunlar çıxarılır. ASİMDER rəhbərinin sözlərinə görə, günümüzdə də Türkiyəyə qarşı ədalətsiz davranışlar davam edir, erməni maraqlarına xidmət edən qərarlar qəbul olunur: "Mustafa Kamal Atatürkün öndərliyində imperializmə və onların müttəfiqlərinə qarşı dirəniş göstərərək müstəqilliyi əldə edən Türkiyə Respublikasının qısa zaman ərzində əldə etdiyi müvəffəqiyyəti həzm edə bilməyən xarici güclər, indi də eyni vasitələr, lakin fərqli üsullarla Türkiyəni bölmək və parçalamaq istiqamətində çalışırlar. Ölkəmizi bölmək və parçalamaq istəyən beynəlxalq imperializm, son illərdə Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni diasporasından istifadə edərək öz məqsədinə çatmaq istəyir. Hər il 24 aprel tarixi yaxınlaşdıqca "Birləşmiş Ştatlar prezidentinin bu dəfəki çıxışı necə olacaq?" deyə qayğılanırıq. Dolayısıyla ABŞ rəhbərliyi tərəfindən ölkəmizə bu yolla təzyiq edilməkdədir". Göksəl Gülbəy erməni yalanlarını ifşa etmək üçün daha səmərəli fəaliyyət göstərməyi məqbul hesab edir: " Ümid edirəm ki, bu istiqamətdə lobbi fəaliyyətlərimizi və gerçək məlumatlara söykənən araşdırmalarımızı, ən qısa müddətdə beynəlxalq arenada sağlam düşüncə sahiblərinin diqqətinə təqdim edə bilərik. Dövlətimiz, hökumətlərimiz, universitetlərimiz, QHT, hərbi və mülki təşkilatlar bu mövzuda əməkdaşlıq edərək ölkəmizi müdafiə etmək məcburiyyətindədir. Əks halda gözəl ölkəmizi bölmək istəyən xain qüvvələr mənfur məqsədlərinə çatacaqlar". ASİMDER rəhbərinin sözlərinə görə, ermənilərin, erməni lobbisinin yalanları sübuta yetirilib ortaya çıxarıldığı halda Birləşmiş Ştatlar, Avropa və Rusiyanın hələ də bu yalana şərik çıxıb erməni lobbisini və işğalçı Ermənistanı dəstəkləmələri təəssüf hissi doğurur: "Günümüzdə Ermənistan işğal etdiyi Qarabağ bölgəsində ikinci bir Ermənistan yaratmaq arzusundadır. Bir müddət əvvəl baş verən erməni təxribatı da bunun əyani sübutudur. Bu gün Ermənistan qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı və o torpaqların əsl sahibinə qaytarılması təmin edilməlidir".
Suleyman ismayilbeyli.