BMT: Sivilizasiyalar Alyansının 7-ci Forumu qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq
22 Aprel 2016 14:55 SiyasətBakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2,5 mindən çox iştirakçısına beynəlxalq gündəliyin irəliləməsi üçün innovasiya həllərinin tapılması imkanı verəcək. Trend-in Alyansın saytına istinadən verdiyi məlumata görə, bunu BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdül Əziz ən-Nasir deyib. O bildirib: "Dünya ictimaiyyəti olaraq, biz dinc və ədalətli cəmiyyətin yaradılması uğrunda birgə məsuliyyətimizi daha nəzərə almaya bilmərik. Forum ümumbəşəri əsasları tapmaq, praktik və səmərəli həlləri, qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31