Rusiya XİN: ATƏT-ə sədrlik edən Almaniya diqqəti Dağlıq Qarabağ münaqişəsinə ayırmalıdır
22 Aprel 2016 13:35 SiyasətATƏT 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində necə hərəkət etməklə bağlı "yol xəritəsi" hazırlayıb. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşünün yekunları üzrə deyib. O bildirib: "ATƏT məkanında bütün münaqişələrin həllində maraqlı olan təşkilata sədrlik edən Almaniyanın buna diqqət ayırmasını və bu məsələdə səlahiyyətli olduğunu göstərməsini əhəmiyyətli hesab edirik və buna kömək edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31