Terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir
Millət vəkilindən Ermənistana və Avropa qurumlarına tutarlı cavab
22 Aprel 2016 12:38 SiyasətAvropa Şurası Parlament Assambleyasının bu günlərdə keçirilən sessiyası gərgin müzakirələrlə yadda qalır. Aprel hadisələrindən sonra diplomatik vıə informasiya sahəsində Azərbaycana qarşı hücuma keçən ermənilər bütün mümkün vasitələrdən, təxribatlardan istifadə edərək ölkəmizə qarşı beynəlxalq aləmdə mənfi rəyin formalaşmasına çalışırlar. Bu məkrli fəaliyyət AŞPA-nın sessiyası çərçivəsində də özünü göstərir. Ancaq qurumdakı Azərbaycan nümayəndə heyətinin uğurlu fəaliyyəti ermənilərin planlarının reallaşmasına mane olur. Erməni deputatların Azərbaycan əleyhinə bütün çıxışlarına nümayəndə heyətimizin üzvləri tərəfindən tutarlı cavab verilir. Millət vəkili Qənirə Paşayeva da AŞPA-da Azərbaycan əleyhinə çıxış edən Ermənistan heyətinə sərt cavab verib. Belə ki, təşkilatda "Belçikada baş verən terror hadisələri"nin müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü N.Karapetyan bütün çıxışını ön cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan əleyhinə yalan, böhtan dolu ittihamlara həsr edib, Assabmleyaya yanlış məlumatlar verib. Bu zaman Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Qənirə Paşayeva isə Ermənistan münayəndə heyətinin terrorla mübarizə kimi həssas bir mövzuda da mövzudan danışmadan bütün çıxışı Azərbaycan əleyhinə qərəzli məlumatlara həsr etməsini qınayıb: "Buna kəsin etirazımı bildirirəm. N.Karapetyan, İŞİD kimi sivilləri öldürmək sizin söylədiyiniz kimi mənim ölkəm Azərbaycana deyil, sizin ölkəniz Ermənistana məxsus addımdır. Mənim ölkəm heç bir dövlətin torpağını işğal etməyib. Amma sizin ölkəniz Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyon azərbaycanlını qaçqın və köçkün salıb. 20 ildən artıqdır ki, onların öz evlərinə dönməsinə imkan verilmir. Sizin ölkəniz Ermənistan 20 mindən çox azərbaycanlını qətlə yetirib. Onların arasında mənin qohumlarımdan, dostlarımdan insanlar da vardı. Sizin işğalçı ölkəniz Azərbaycanın Xocalı şəhərində soyqırım həyata keçirərək bir gecədə əhalinin böyük bir hissəsini qətlə yetirdi. Qətlə yetirilənlərin hamısı mülkü insanlar idi. Yer üzündən Xocalı adlı bir şəhəri sildiniz. İndi gördünüzmü İŞİD kimi cinayətlər törədən hansı ölkədir. Sizin ölkəniz Ermənistandır. Ölkəniz azərbaycanlılara qarşı terrorlar həyata keçirəndə nədən etiraz etmirdiniz, səsinizi çıxarmırdınız, indi burada terrorizmə qarşı mübarizədən danışırsınız. Dəyərli Assabmleya üzvüləri N. Karapetyanın Ermənistanın cinayətlərini, ölkəsinin hərbi qüvvələrinin törətdiyi cinayətlərə etiraz etməkdənsə burada Azərbaycan əleyhinə yalanlarla çıxış etməsini qınayıram". Millət vəkili deyib ki, Assambleya Ermənistanın cinayətlərinə səssiz qalmamalıdır. Onun sözlərinə görə, Avropa, AŞPA terrorla mübarizədə ikili standartlara yol verməməlidir: "Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrım etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə etməlidir. Amma Azərbaycan xalqına qarşı terror hadisələri törədilən zaman Avropa və təşkilat təssüf edirik ki, yetərli qədər sərt münasibət ortaya qoymadı. Terrordan çox əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq terrorla mübarizə istiqamətində birgə fəaliyyətimizi gücləndirmək istiqamətində Assambleyadakı müzakirələri dəstəkləyirəm. Amma dəyərli dostlar biz getdikcə daha da artan terror hadisələri , terrorizmlə bilirsinizmi nə zaman daha effektiv mübarizə apara bilərik? Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa bundan imtina etməlidir". Millət vəkili Qənirə Paşayeva deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayandan bu ölkənin dəstəklədiyi terror təşkilatları çoxlu sayda qanlı terror hadisələri törədərək Azərbaycanda metroları, dəmiryol qatarlarını, avtobusları partladıblar: "Yüzlərlə insan, uşaqlar bu terrorun qurbanı olub. Çoxlu sayda analar, körpələr gözüyaşlı qalıb. Amma o zaman təəssüf ki, bizim bütün çağırışlarımıza baxmayaraq, avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan güclü dəstəyi ala bilməmişdik. Hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük. İki gün öncə Türkiyənin baş naziri Əhməd Davutoğlunun buradakı çıxışını tamamilə dəstəkləyirəm. Terror təşkilatları arasında fərq qoyulmamalıdır. Hamısına qarşı ikili standartlara yol vermədən bütün üzv ölkələr birlikdə sərt mübarizə aparmalıdır. Avropanın gələcəyi üçün bu cür yanaşma ortaya qoyulmalıdır. Başqa cür terrorla effektiv mübarizə mümkün deyil".
Füzuli