Obama 8 ildə ermənilərə istədiklərini vermədi: “soyqırım” sözü yenə olmayacaq
22 Aprel 2016 10:25 SiyasətABŞ prezidenti Barak Obama 1915-ci ilə Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı illik müraciətində ermənilərin iddiasına "soyqırım" deməyəcək.Ermənistan KİV xəbər verir ki, bunu Amerika erməni Milli Komitəsi bildirib.İnformasiyaya əsasən, təşkilata ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi təmsilçisi məlumat verib.Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ötən il 1915-ci il aprelin 24-ü ilə bağlı erməni iddiasını "böyük faicə" adlandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31