"Azərbaycan bayrağının azad edilən torpaqlarda yüksəlməsindən məmnunam"
21 Aprel 2016 14:56 SiyasətTürkiyənin diyanət işləri başqanı Mehmet Görməz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib. Milli.Az-ın məlumatına görə, M.Görməz məktubunda belə yazır: "Vətən uğrunda şəhid düşən can Azərbaycan əsgərlərinə Cənabi-Haqdan rəhmət diləyir, Vətəninin parçası olan Qarabağ torpaqlarını geri almağa tam haqqı olan Azərbaycanın bu haqlı tələbində həmişə ürəkdən dəstəkləyəcəyimizi xüsusilə vurğulayır, bir daha belə acıların yaşanmamasını, ocaqlara atəşin düşməməsini niyaz edir, 24 il sonra qəhrəmancasına döyüşərək geri alınan bəzi strateji bölgələrdə yenidən dalğananan şanlı Azərbaycan bayrağının bu torpaqlarda yüksəlməsi münasibətilə məmnuniyyətimi bildirir, sizə səmimi salamlarımı və ehtiramımı çatdırıram".